Bakıda hündürmərtəbəli binada yanğın başlayıb - VİDEO

21 İyun 2021 22:01 (UTC+04:00)

Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.
Aznews.az xəbər verir ki, yanğın Əsəd Əhmədov küçəsi 21 ünvanında yerləşən hündürmərtəbəli binanın beşinci mərtəbəsində başlayıb.

Belə ki, alov iki otaqlı evi əhatə edib. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata görə, yanğına səbəb mətbəxdə qaz balonunun partlaması olub.