Samux sakini güllə yarası alıb

21 İyun 2021 23:59 (UTC+04:00)

Samux sakini ayağından güllə yarsı alıb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü Məmmədov Taleh Yelmar oğlu ayağının güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.