Rövşən Lənkəranskinin ən yaxın “silahdaşı” saxlanıldı

19 İyun 2013 19:30 (UTC+04:00)
İyunun 18-də Avropa ölkələrində keçirilən əməliyyat zamanı kriminal aləmin 18 tanınmış siması həbs edilib.


Həbs edilənlərdən 13-nün gürcü "qanuni oğru" olduğu bildirilir. Rusiya mətbuatının məlumatına görə, əməliyyat İtaliyada planlaşdırılaraq həyata keçirilib. İtaliyanın özündə də 8 "kriminal general" saxlanılıb.

Həbslər eyni zamanda Fransa, Portuqaliya, Çexiya, Macarıstan və Litvada da aparılıb. Əməliyyatlar zamanı çoxlu sayda silah və 100 min avro dəyərində narkotik maddə də ələ keçirilib.

Macarıstanda həbs olunanlar arasında Suxumu oğru klanının rəhbəri, azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin yaxını, 51 yaşlı Merab Canqveladzenin olduğu bildirilir.

M.Cvanqeladze R.Lənkəranski ilə bərabər ötən ilin dekabrında qətlə yetirlən Ded Xasanın klanı tərəfindən onun ölümündə günahlandırılaraq axtarılırdı.

Hələlik təsdiqlənməyən məlumatlara görə, Merabı başqa bir "qanuni oğru" - Alik Karçivadze ilə birgə yaxalayıblar. Cvanqeladze İtaliyada qətl sifariş verməkdə ittiham edilir.

Elnarə
AzNews.az