90-dan çox ölkədə “delta” qeydə alınıb

22 İyun 2021 09:24 (UTC+04:00)

90-dan çox ölkədə koronavirusun Hindistan ştammı olan “delta” yayılıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə xəstəliklər üzrə şöbədinin texniki qrup rəhbəri Mariya Van Kerkhove deyib.

“Biz hazırda bilirik ki, 92 ölkədə “delta” variantı var. Bu növ daha sürətli yoluxma qabiliyyətinə malikdir”, - deyən Kerkhove təşkilatın bundan ciddi narahat olduğunu vurğulayıb.