Azərbaycan nefti 75 dollardan satılır

22 İyun 2021 11:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.75 dollar artaraq 75.29 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.