Ermənilər Araiki Xankəndidən qovur - Aksiyadan video

22 İyun 2021 13:38 (UTC+04:00)

İyunun 21-də Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların nəzarətində olan hissəsində, Xankəndi şəhərində ermənilər separatçı qalıqların “rəhbər”i Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.

AzNews.az xəbər verir ki, nümayişçilər Arutyunyanın siyasətindən razı olmadıqlarını və onun erməni xalqının maraqlarını müdafiə etmədiyini bildiriblər.

Etirazçılar aksiya zamanı Arutyunyanın ünvanına “Xain”, “Get!” şüarları səsləndiriblər. Buna səbəb olaraq Araikin Ermənistanda seçki günündə Nikol Paşinyanın qərargahında olaraq onu dəstəkləməsi göstərilib.

“İnsanlar çox qəzəblidirlər, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür, sabah Xankəndidə daha böyük nümayişlər baş tutacaq”, - deyə aksiya iştirakçılarından biri bildirib.