“Duran adam“a qarşı duran adamlar - Foto

19 İyun 2013 20:27 (UTC+04:00)
Türkiyədə böyük populyarlıq qazanan "Duran Adam" protest üsulu maraqlı olaylara səbəb olur.


Bu gün də Taksimdə eyni üsulla mübarizə aparan kütlə qəribə sürprizlə rastlaşıb. Köynəkləri üzərində "Duran adama qarşı duran adam" yazısı yazılmış bu şəxslər medianın da diqqət mərkəzinə düşüb. AKP-dən və ümumiyyətlə heç bir siyasi partiyadan olmadıqlarını iddia edən bu şəxslər meydana gəlişlərinin səbəbini belə açıqlayıblar: "Bura din üçün gəldik. Heç bir siyasi partiya üzvü deyilik".

Onlar yarım saat qaldıqdan sonra meydanı tərk ediblər və bu anlarda meydanda dayanaraq mübarizə aparanlar tərəfindən protest ediliblər.

Elvin
AzNews.az