“Sayğaclarla bağlı çoxlu şikayət gəlir”

22 İyun 2021 14:23 (UTC+04:00)

Milli Məclisin deputatı Vahid Əhmədov köhnə sayğacların nə zaman dəyişdiriləcəyi barədə aidiyyəti qurumlara sual ünvanlayıb.

AzNews.az-ın xəbərinə görə, millət vəkili energetika sistemində çox böyük problemlərin olduğunu bildirib:

“Ən böyük problem isə sayğaclarla bağlıdır. Bununla bağlı bizə çox sayda şikayət gəlir. Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”