Çinin ABŞ-dakı səfiri vəzifəsindən gedir

22 İyun 2021 15:46 (UTC+04:00)

Çinin ABŞ-dakı səfiri Tsuy Tiankai səkkiz ildən sonra 68 yaşında vəzifəsindən gedəcək.

AzNews.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin rəsmi saytında məlumat verilib.

“2013-cü ilin aprelindən bəri Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışıram, ABŞ-dakı işimin müddəti bir göz qırpımında səkkiz ili keçdi, yaxın günlərdə vətənimə geri dönmək üçün vəzifədən ayrılacağam”, - deyə Tsuy Tiankai ABŞ ərazisində yaşayan ÇXR vətəndaşlarına ünvanladığı məktubda bildirib.

Qeyd edək ki, Tiankai 2007-2009-cu illərdə ÇXR-in Yaponiyadakı səfiri, 2009-2013-cü illərdə ÇXR xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2013-cü ilin aprel ayından Çinin ABŞ-dakı səfiridir.