1 iyuldan Azərbaycanda yeni qadağa qüvvəyə minir

22 İyun 2021 15:40 (UTC+04:00)

İyulun 1-dən Azərbaycanda daha bir qadağa qüvvəyə minir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, 1 iyul tarixindən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, satışı qadağan ediləcək.