Müsavatın təşkilat sədri tutuldu

19 İyun 2013 21:07 (UTC+04:00)
Bu gün Adıgözəlov Eldəniz Vəli oğlu Polis İdarəsinin rəisi tərəfindən fiziki təzyiqə və təhqirə məruz qalıb.


Bu barədə "Qafqazinfo"ya xəbər partiyanın mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilir ki, Müsavat Partiyası Oğuz rayon təşkilatının sədri Həqiqət Mikayılın verdiyi məlumata görə, rayon təşkilatının Şura üzvü Adıgözəlov Eldəniz Vəli oğlu bu gün saat 14 radələrində rayonun Şirvanlı kəndində əhali ilə görüş keçirən rayon İcra Hakimiyyətinin başçısına sual vermək istəyərkən, rayon Polis İdarəsinin rəisi tərəfindən fiziki təzyiqə və təhqirə məruz qalıb. Görüş bitən kimi, saat 15 radələrində Eldəniz bəyi sahə müvəkkili polis idarəsinə gətirib. 3 saat ərzində polis idarəsində saxlanılan E.Adıgözəlovla hər hansı əlaqə qurmaq mümkün olmayıb. Polis idarəsinin növbətçisinin verdiyi məlumata görə, E.Adıgözəlov polis rəsinin sorağındadır.

Fakt odur ki, E.Adıgözəlov ona edilən zənglərə cavab vermir. Bu da telefonun ondan alındığı, onun fiziki və mənəvi təzyiqlərə məruz qalma ehtimalını yaradır.

AzNews.az