Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 22-də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.
Aznews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-BƏƏ iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.