Göygöldə ahıl qadın özünü ASDI

22 İyun 2021 23:17 (UTC+04:00)

Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.

Aznews.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.

Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.