Abşeronda 33 yaşlı kişi bıçaqlandı

22 İyun 2021 23:59 (UTC+04:00)

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.