Binəqədidə avtomobil 8 yaşlı uşağı vurdu

23 İyun 2021 08:59 (UTC+04:00)

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədli İbrahim Yüsif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.