Ermənistanda bəzi seçki məntəqələrində səslər yenidən sayılacaq

23 İyun 2021 09:23 (UTC+04:00)

Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş erkən parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsindəki səslərin yenidən sayılacağını elan edib.

AzNews.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistan MSK-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daxil olmuş şikayətlər və müraciətlər əsasında səslərin təkrar sayılması iyunun 23-də olacaq.

Qeyd edək ki, səsvermə günü respublikada ümumilikdə 2008 seçki məntəqəsi fəaliyyət göstərib.