Amerikalı müğənni aksiya iştirakçılarına türkcə dəstək oldu - Video

19 İyun 2013 22:12 (UTC+04:00)
Amerikalı musiqiçi, söz yazarı və müğənni Coan Baez Türkiyədə keçirilən aksiya iştirakçılarına türkcə dəstək verib.


Folk janrında ifalarıyla tanınan müğənni Gezi parkı etirazçılarına səslənib:

"Salam, mən Coan Baez. Sevgili Türkiyə əhalisi, mədəniyyətinizdəki zənginliyi, torpağınızdakı gözəlliyi, insanınızdakı daxili zənginliyi saxlamaq üçün apardığınız mübarizəyə, bu ürəkli və barışcıl mücadiləni aparan vətəndaşlara, vəkillərə, həkimlərə, gənclərə, ailələrə, tələbələrə, inanclı insanlara verdiyim dəstəyi bütün qəlbimlə ifadə etmək istəyirəm. Dünya səsinizi duydu və mən də buradan sizi dəstəkləyirəm".

Müraciətin videogörüntüsünü sizə təqdim edirik.



Elvin
AzNews.az