Aeroport yolunda sürət həddi endirildi

23 İyun 2021 13:35 (UTC+04:00)

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AzNews.az-a verilən məlumata görə, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub. Bu səbəbdən də hazırda qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.