Taliban Əfqanıstan ərazisinin 70%-nə nəzarət edir

23 İyun 2021 14:26 (UTC+04:00)

Taliban hərəkatı Əfqanıstanda yeni əraziləri nəzarətə götürməkdə davam edir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda qruplaşma ölkə ərazisinin 70%-də hakimiyyəti ələ alıb.

Yaxın vaxtlarda həmin ərazilərin sahəsinin daha da genişlənməsi gözlənilir.