Ermənistana etiraz edən azərbaycanlılar məhkəmə qarşısında

20 İyun 2013 07:25 (UTC+04:00)
İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəallar Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəməsi başlayıb. İlk məhkəmə prosesində azərbaycanlı fəallar qeyri-qanuni yaradılan qruplara üzv olaraq ölkənin milli təklükəsizliyinə ziyan vurmaqda ittiham ediliblər. Mühakimə olunan fəallar və onların vəkilləri bu ittihamn yalan olduğunu bildirərək ittuhamı qəbul etməyiblər.

Məlumat üçün bildirək ki, hər iki fəal Şərqi Azərbaycan vilayətinin Azərbaycan torpaqlarının işğal edən Ermənistanla əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən ikitərəfli səfərlərə etiraz olaraq təşkil olunan mitinqdə iştirakına görə həbs edilib.

Daha sonra külli miqdarda girov müqabilində məhkəməyə qədər sərbəst buraxılan milli fəalları həbs cəzası gözləyir.

Elnarə
AzNews.az