Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

23 İyun 2021 17:24 (UTC+04:00)

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb.

Bu barədə AzNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.