Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub

23 İyun 2021 23:59 (UTC+04:00)

Rusiyada 16 milyondan çox insan koronavirusa qarşı tam peyvənd olunub.

Aznews.az bildirir ki, bunu ölkənin baş nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, 20 milyondan artıq vətəndaşa peyvəndin yalnız ilk dozası vurulub: "Hazırkı dövrədək 20,7 milyon nəfərə peyvəndin ilk dozası, 16,7 milyon nəfərə isə peyvəndin hər iki dozası vurulub".