Kirkorov daha bir ölkədə “qara siyahı”ya salındı

24 İyun 2021 09:42 (UTC+04:00)

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) təqdimatı əsasında Rusiyanın Xalq artisti Filipp Kirkorovu milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Kirkorovun “qara siyahı”ya daxil edilməsinin səbəbləri açıqlanmır. Onun adının yanında 23 iyun 2021-ci il tarixi göstərilir. Müvafiq siyahını qurum SBU-nun təqdimatına əsasən vaxtaşırı yeniləyir.

Kirkorovdan başqa, yenilənən siyahıda 201 mədəniyyət xadiminin adı var.

Qeyd edək ki, Filipp Kirkorov 2008-ci ildə ölkənin keçmiş Prezidenti Viktor Yuşenko tərəfindən Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb.

Daha əvvəl F. Kirkorov Litvanın “qara siyahı”sına salınıb.