49 yaşlı qadını öldürənin kimliyi açıqlandı

24 İyun 2021 09:56 (UTC+04:00)

Sumqayıt şəhər prokurorluğu baş verən qətllə bağlı rəsmi məlumat yayıb.

AzNews.az-a verilən məlumata görə, iyunun 23-ü saat 23 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Sevil Abdullayeva öldürülüb.

Araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.