Qaxda partlayış olub, ölən var

24 İyun 2021 13:46 (UTC+04:00)

Qaxda su sexində partlayış baş verib.

AzNews.az-ın “Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində yerləşən su sexlərinin birində baş verib.

Partlayış zamanı sexdə nəzarətçi kimi işləyən Qax sakini Aydın Şabanov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.