Zorakılıq edən müəllimə məhkəmə qarşısında

20 İyun 2013 08:16 (UTC+04:00)
2 tələbəsini zorlayan müəlliməyə 15 il həbs cəzası verilə bilər


İngiltərədə 2 oğlan tələbə ilə məcburi cinsi əlaqəyə girən müəlliməni 15 ilə qədər həbs cəzası gözləyir. Grand Rapids Universitetinin müəlliməsi Camila Villiams 2 tələbəsini məcbur edib ki, onunla sekslə məşğul olsunlar.

Sonradan tələbələr ondan şikayət ediblər. Hazırda şikayət əsasında qadın məhkəmə qarşısında cavab verəcək.

Əgər onun günahı tam sübuta yetirilərsə, müəllimə 15 ilə qədər azadlıqdan məhrum edilə bilər. Lakin məhkəmənin qərarı ilə araşdırmalardan sonra cəzanın pul cəriməsi ilə də əvəzlənməsi istisna olunmur. (anspress)

AzNews.az