İlham Əliyevdən "Qəbələ"nin prezidenti ilə bağlı SƏRƏNCAM

24 İyun 2021 15:00 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, təltif olunanlar arasında "Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da var.

F.Nəcəfov "Qubadlının azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Fariz Nəcəfov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb.