Daşkəsəndə 2,5 ton narkotik məhv edildi

24 İyun 2021 16:24 (UTC+04:00)

Daşkəsən rayonunda “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Daşkədən RPŞ əməkdaşları tərəfindən çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.