Bu gün 66 mindən çox peyvənd vurulub

24 İyun 2021 17:05 (UTC+04:00)

Bu gün Azərbaycanda koronavirus əleyhinə 66 min 10 vaksin vurulub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 36 min 942, ikinci mərhələ üzrə 29 min 68 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 3 milyon 146 min 350, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 milyon 34 min 554, ikinci mərhələ üzrə isə 1 milyon 111 min 796 nəfər təşkil edir.