Homoseksual müğənni Bakıya gəlməyəcək

20 İyun 2013 08:42 (UTC+04:00)
Qalmaqallı bolqar müğənnisi Azis Bakıda konsert verəcəyi ilə bağlı xəbərə öz rəsmi Facebook səhifəsində aydınlıq gətirib.

"Mən Bakıda konsert verməyəcəm!!!
İnsanlara yalan danışmağı dayandırın.
Mən heç vaxt Bakıda konsert keçirməyə razılıq verməmişəm!", - deyə, o qeyd edib.

Qeyd edək ki, ötən gün yayılan xəbərdə konsertin bu yay olacağı deyilirdi.

O, Bolqarıstanın "ən məşhur" homoseksualisti sayılır.

AzNews.az