Bakıda intiharın qarşısı alındı

24 İyun 2021 23:59 (UTC+04:00)

Bakıda intihara cəhd hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

1982-ci il təvəllüdlü Məhərrəmov Orxan Nəbi oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atmaq istəyib. Əraziyə çağırılan FHN-nin xilasetmə qüvvələri və rayon polis əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.