Türkiyədə məhkumların e-mail yazmasına icazə verildi

25 İyun 2021 09:26 (UTC+04:00)

Türkiyədə məhkumların ziyarət müddəti 1 saatdan 1,5 saata qaldırılıb.

AzNews.az xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də yayımlanıb.

Qanuna görə, Baş prokuror prokurorların istintaqı tamamlayan qərarları arasında yarana biləcək fərqliliklərin aradan qaldırılması, bu qərarların qanunauyğunluğunun təftiş edilməsi hüququna malik olacaq.

Məhkumlar olduqları cəza qurumundan başqa bir quruma köçürülmə tələbi irəli sürərkən, maddi vəziyyətlərinin münasib olmadığı təqdirdə, onlardan köçürülmə haqları alınmayacaq.

Məhkumlar lazımi texniki infrastrukturun olduğu qurumlarda Ədliyyə Nazirliyinin müəyyən edəcəyi üsul və əsaslar çərçivəsində elektron məktub ala və göndərə biləcəklər.

Bundan başqa, məhkumlar xəstə ziyarəti məqsədilə aldıqları icazə arasında gözləməli olduqları 1 aylıq müddət şərti də qaldırılır.