"Hindistan ştammı" əvvəlki virusdan iki dəfə çox yoluxucudur - ÜST

25 İyun 2021 10:46 (UTC+04:00)

Koronavirusun mutasiya olmuş yeni versiyası olan "Delta" (Hindistan ştammı-red.) dünya üzrə kütləvi şəkildə yayıla bilər.

AzNews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Sumya Svaminatan deyib. ÜST mütəxəssisinin sözlərinə görə, "Hindistan ştammı" əvvəlki virusdan iki dəfə daha çox yoluxucudur.

Svaminatan "Delta"nın əvvəlcə Hindistanda meydana gəldiyini, hazırda isə, 85 ölkəyə yayıldığını xatırladıb.