Trampdan koronavirusun mənşəyi ilə bağlı açıqlama: “Çin sübutları məhv edib”

25 İyun 2021 11:45 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin hökumətinin koronavirusun Uhandakı laboratoriyadan yayılması ilə bağlı sübutları məhv etdiyini bildirib.

AzNews.az bildirir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Çin artıq çox güman ki, bir çox sübutları məhv edib”, - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, belə olan halda çətin ki, koronavirusun mənşəyi ilə bağlı araşdırmalar uğurlu olsun.