Olimpiadada sosial paylaşımlarla bağlı qaydalar olacaq

25 İyun 2021 13:15 (UTC+04:00)

Milli Olimpiya Komitəsi Azərbaycan nümayəndə heyətini davranış qaydaları barədə məlumatlandırıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Milli Olimpiya Komitəsinin nümayəndəsi Səkinə Vəliyeva məlumat verib.

Onun sözlərinə görə, idmançılar Tokio Olimpiadası müddətində sosial şəbəkələrdə paylaşdıqları postlara dair ehtiyatlı olmağa çağırılıb. Olimpiada ilə bağlı əlaqəsi olmayan postların paylaşılmaması məsləhət görülüb.

“Avro-2020-də Kriştianu Ronaldonun “Coca- Cola” brendinə qarşı etdiyi hörmətsizlik, sponsorlara qarşı nalayiq hərəkət Olimpiadada təkrarlanmamalıdır.

İdmançılardan rasist hərəkətlərə yol verməməyə çağırış edilib. Əks halda, onları diskvalifikasiya gözləyir. Həmçinin başqa ölkənin bayrağının qaldırılması da qadağan olunacaq”, - deyə S. Vəliyeva bildirib.