Ermənistanda daha 2 general vəzifədən azad olundu

25 İyun 2021 14:16 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan yeni sərəncam verib.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, Mühəndis Qoşunlarının idarə rəisi, general-mayor İşxan Matevosyan və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri Armen Vardanyan vəzifədən çıxarılıblar.

Matevosyan 2015-ci ildən, Vardanyan isə 2012-ci ildən bu vəzifəni icra edirdi.