Goranboyda kişi qohumunu güllələdi

25 İyun 2021 16:36 (UTC+04:00)

Goranboy rayonunda 58 yaşlı kişi güllələnib.

AzNews.az xəbər verir ki, hadisə bu gün rayonun Nizami kəndində baş verib.

Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlunu qohumu tüfənglə güllələyib. Bir güllə yarası alan M.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Araşdırma aparılır.