Daha bir kişi arvadını bıçaqladı

27 İyun 2021 15:32 (UTC+04:00)

Daşkəsən rayonunda altı uşaq anası bıçaqlanıb.

AzNews.az xəbər verir ki, rayon sakini, 1970-ci il təvəllüdlü Zülfiyyə Məhərrəmovaya qarın nahiyəsindən bıçaq xəsarəti yetirilib.

Araşdırma zamanı onun əri Ramiz Məhərrəmov tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.