Temperatur nə vaxt enəcək?

27 İyun 2021 15:48 (UTC+04:00)

Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.