“Mançester Yunayted“ Muslera üçün...

20 İyun 2013 10:05 (UTC+04:00)
"Mançester Yunayted"in Muslera ilə maraqlanması yeni xəbər deyil.

Bu gün yayılan məlumatda isə "qırmızı şeytanlar"ların qapıçı üçün 24 milyon avro təklif etdiyi bildirilir. İddianı "Milliyet" qəzeti irəli sürüb.

Xəbərdə o da qeyd olunur ki, "Qalatasaray" bu transferə isti yanaşmır. Terim Musleranı buraxmaq niyyətində deyil, eyni zamanda, uruqvaylı əlcək ustasının klubu tərk edəcəyi halda rəhbərlik "Trabzonspor"dan Onur Kıvrakı transfer etməlidir.

Elvin CanTuran
AzNews.az