Nazir vətəndaşları qəbul edəcək

20 İyun 2013 10:31 (UTC+04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-də Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

AzNews.az-ın məlumatına görə, saat 11-də keçiriləcək görüşdə nazir Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.

AzNews.az