Artıq “Netflix”lə əməkdaşlığımız başlayıb - Anar Kərimov

28 İyun 2021 21:58 (UTC+04:00)

Azərbaycanda film çəkilişləri üçün hər cür şərait var. Yaxşı filmlərin çəkilərək dünyada nümayiş olunması Azərbaycanın turizm potensialına müsbət təsir göstərəcək.

Aznews.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib: “Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”.