Lavrov BMT-nin Ali komissarı ilə Qarabağda təkrar məskunlaşma məsələsini müzakirə edib

29 İyun 2021 10:38 (UTC+04:00)

İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib.

AzNews.az bildirir ki, APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlərin qaytıması məsələsi müzakirə olunub.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatına müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.