Prezidentdən Qorbaçova ittiham

20 İyun 2013 11:05 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin hərbi sənaye kompleksinin rəhbərləri ilə müşavirə keçirib. O müşavirədə SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun ünvanına ittihamlar səsləndirib. Prezident Qorbaçovu ABŞ-la müvafiq saziş imzalayaraq orta mənzilli raket sistemindən imtina etməsinə görə tənqid edib.

SSRİ-nin bu qərarının səbəbinin anlaşılmaz olduğunu deyən Putin qərarı mübahisəli hesab etdiyini vurğulayıb.

Putin bir çox ölkələrin hücum təyinatlı silahlarının yenilədiyini bildirərək bura həmçinin orta mənzilli raket sisteminin də daxil olduğunu qeyd edib.

Elnarə
AzNews.az