Türkiyədə daha 30 nəfər saxlanıldı

20 İyun 2013 11:20 (UTC+04:00)
Türkiyə polisi İstanbulun Taksim meydanında keçirilən etiraz aksiyalarına dəstək məqsədilə İzmir şəhərində keçirilən nümayişlər zamanı 30 etirazçını saxlayıb.


Saxlanılanlar bir sıra dövlət strukturlarının binalarının talan edilməsinin təşkilində şübhəli bilinirlər. Etiraz aksiyalarında iştirak edən nümayişçilərin saxlanılmasına dair əməliyyatlar davam edir, yeni həbslərin olacağı istisna edilmir.

Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, etiraz edənlərə qarşı həddən artıq gücdən istifadə ilə əlaqədar araşdırmalar aparılır.

AzNews.az