Arif Babayev müalicə üçün Türkiyəyə aparıldı

30 İyun 2021 13:45 (UTC+04:00)

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb.

AzNews.az bildirir ki, bu barədə Modern.az-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:

"Bilirsiniz ki, atam ötən il insult keçirmişdi. Səhhətində hazırda ciddi problem yoxdur. Sadəcə növbəti müayinə və müalicə üçün gedib".