Zaqatalada bir tondan çox narkotik maddə məhv edildi - VİDEO

30 İyun 2021 14:15 (UTC+04:00)

Zaqatalada yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Meşləş kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 2 890 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.