“Muhteşem Yüzyıl” serialında Sultan Süleyman rolu ilə tanınan 51 yaşlı aktyor Halit Ergenç üçüncü dəfə ata olacaq.
Aznews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl yenidən uşağı olacağını təsdiqləyən aktrisa Berguzar Korel hamiləlik fotolarını paylaşıb.
Hazırda Bodrumda istirahətdə olan cütlük sosial şəbəkə hesabında görüntülərini paylaşıblar.
Halit Ergenç və həyat yoldaşı gələcək körpələrinin cinsini də elan edib: məşhur cütlüyün qız övladı dünyaya gələcək.
Hazırda onların iki oğlu var.