“Space”də kütləvi istefa - Təfərrüat

20 İyun 2013 12:16 (UTC+04:00)

"Space" telekanalında operatorların kütləvi istefası başlayıb.

Bu barədə məlumatı Publika.az saytı yayıb. Xəbərdə qeyd edilir ki, işıqçılar və texniki heyətin rəhbər işçiləri də bu aksiyaya qoşulub. Təxminən 20 nəfər istefa ərizələrini telekanal rəhbərliyinə təqdim edib.

AzNews.az-ın əldə etdiyi məlumata görə isə etiraz edənlərin əsas tələbi əmək haqqının artırılması ilə bağlı olub. "Space"dən saytımıza deyiblər ki, hazırda telekanalın rəhbəri Vaqif Mustafayev baş operator Əlövsət Aslanovla görüş keçirir: "Operatorlar bu görüşün nəticəsini gözləyir. Əgər razılaşma əldə olunmasa və Əlövsət Aslanov getməyə qərar verərsə, hamı onunla gedəcək. Hələlik iş öz axarında davam edir. Hamı iş başındadır".

Ruhiyyə
AzNews.az