Qadın kafedə bıçaqlanıb

30 İyun 2021 21:37 (UTC+04:00)

Goranboyda kafedə qadın bıçaqlanıb.

Aznews.az xəbər verir ki, hadisə axşam saatlarında Aşağı Ağcakənd qəsəbəsindəki kafelərin birində baş verib.

Gəncə şəhər sakini olduğu ehtimal edilən qadın hələlik bəlli olmayan səbəbdən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.